EN

Millinin sabiq futbolçusu "Şəfa"da - FOTO

I Liqanın iddialılarından olan "Şəfa" heyətinə daha bir futbolçu qatıb.

İdman.biz xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmlinin Fanat.Az-a verdiyi məlumata görə, 22 yaşlı vinger Ramin Nəsirli ilə müqavilə bağlanılıb.

Bu yay Bakı təmsilçisinin düşərgəsində olan Ramin bir müddət öncə rəhbərliklə müqavilə şərtləri ilə bağlı ortaq məxrəcə gələ bilmədikləri üçün "Şəfa"dan ayrılsa da, şənbə günü komandaya qayıtmışdı.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Nəsirli 2022-ci ilin fevralında "ağ-qaralar"ın əsas komandasının sıralarında Azərbaycan Premyer Liqasında debüt edib. 2023-cü ildə icarə əsasında "Dauqavpils"də (Latviya) də oynayan gənc futbolçu daha sonra "Araz-Naxçıvan"a keçib. Sonradan zədələnən U-21 millisinin sabiq üzvü təxminən 1 il futboldan kənarda qalıb.

İdman.biz

Chosen
28
2
idman.biz

3Sources