EN

Nazir Rəşad Nəbiyev Oğuzda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 26 sentyabr2025-ci il tarixində saat 10:00-da Oğuz şəhərində yerləşən HeydərƏliyev Mərkəzində Şəki, Qəbələ və Oğuz rayonlarının sakinləriniqəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, ocümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsindəəhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarıdinləyəcək.

Qəbula 25 sentyabr 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digəridarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayıüzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Chosen
7
6
az.trend.az

10Sources