EN

AMB iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən "Modenis" ("E-manat") və "Mobile Payment Solutions" ("Portmanat") MMC-lərə icrası məcburi göstərişlər verib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, AMB tərəfindən “Modenis” MMC-də həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Eyni zamanda, "Mobile Payment Solutions" isə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 9.3-cü maddəsinə əsasən ödəniş agenti tərəfindən reyestrə daxil edilmədən ödəniş xidmətlərinin göstərilməməsi tələbinin pozulması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Qanunun 63.1-ci maddəsi rəhbər tutularaq, “Mobile Payment Solutions” MMC-yə ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsinin dərhal dayandırılmasına dair icrası məcburi olan göstəriş verilib.

Chosen
14
13
apa.az

10Sources