EN

Yağışda avtomobil sürərkən diqqət ediləsi əsasMƏQAMLAR

Yağışlı havalarda yolların və küçələrin vəziyyəti sürücülər üçün əlavə risklər yaradır. Xüsusilə asfalt üzərində su yığıntısı nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və sürüşmə təhlükəsini artırır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən avtomobil ustası Əziz Abbasov bildirdi ki, yağışlı havalarda avtomobilin sürüşməməsi üçün ilk növbədə sürəti hava və yol şəraitinə uyğun azaltmaq vacibdir:

"Şinlərin diş dərinliyinin normal olmasına diqqət yetirmək lazımdır, çünki köhnə şinlər suda tutumu azaldır. Kəskin manevrlərdən və qəfil tormozlamalardan çəkinmək, həmçinin məsafəni adi günlərdən daha çox saxlamaq təhlükəsizliyi artırır. Şüşələrin buxarlanmaması üçün kondisioner və ya hava dövriyyə sistemindən istifadə etmək tövsiyə olunur. Ümumilikdə, yağışlı havada sakit, nəzarətli və diqqətli sürmək ən əsas şərtdir".

Nuriyyə NATİQQIZI

Chosen
41
2
redaktor.az

3Sources