EN

Ulduzların sirri: Selena Qomesin toyuna dəvət alan qonaqlar hara aparılacaqlarını bilmirlər TƏFƏRRÜAT

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Məşhur müğənni və aktrisa Selena Qomes ilə prodüser Benni Blankonun toyuna dair yeni məlumatlar üzə çıxıb. Cütlük hələlik rəsmi açıqlama verməsə də, onların sentyabrın 27-də Santa-Barbarada şəxsi malikanədə nikah masasına əyləşəcəkləri bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə "The US Sun" nəşri öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, Qomes və Blanko qonaqları üçün lüks "El Encanto" hotelini tam icarəyə götürüblər. Bu müddət ərzində hotel ümumi bron üçün bağlı olacaq və yalnız dəvətlilərə açıq olacaq. Burada bir gecə qalmağın qiyməti 3500 dollara qədərdir.

Qeyd olunur ki, dəvətlilərə toy mərasiminin dəqiq məkanı əvvəlcədən açıqlanmayacaq. Onlar xüsusi avtomobillərlə götürülərək sirli məntəqəyə aparılacaqlar.

"Bütün bu məxfilik mühiti qonaqları daha da həyəcanlandırır. Hamı bilir ki, bu, unudulmaz bir təcrübə olacaq", - deyə mənbə bildirib.

Hələlik məşhurlar arasında toyda iştirakını təsdiqləyən olmayıb. Bununla belə, Selena Qomesin yaxın dostları sayılan Teylor Svift və Nikola Peltsin mərasimə qatılacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
oxu.az

1Sources