EN

Məşhur aktyor vəfat edib

Ajans.az xəbər verir ki,onun ölümü bu gün səhər saatlarında Yuta ştatının Provo şəhəri yaxınlığındakı dağ evində baş verib. Xəbəri aktyorun ictimaiyyətlə əlaqələr firması Rogers & Cowan PMK-nın baş direktoru Sindi Berger təsdiqləyib. Berger bildirib ki, Redford yuxuda vəfat edib, lakin ölüm səbəbi barədə əlavə məlumat verilməyib. Redford, uzun və parlaq karyerası ərzində "Butch Cassidy and the Sundance Kid", "The Sting", "Bütün Prezidentin Adamları" və bir çox digər klassik filmlərdəki rolları ilə tamaşaçıların qəlbində iz qoyub. O, həmçinin rejissor kimi də uğurlar qazanmış, Oskar mükafatına layiq görülmüşdü. Xarizması, aktyorluq bacarığı və cəmiyyətə verdiyi töhfələrlə tanınan Robert Redford yalnız kino sənayesində deyil, həm də ətraf mühitin qorunması istiqamətindəki fəaliyyəti ilə nüfuz qazanmışdı. Kino dünyasında silinməz iz qoymuş bu böyük sənətkarın itkisi sənət və mədəniyyət aləmində dərin kədər doğurub.

 

Chosen
167
Ajans.az

1Sources