EN

Kəlbəcərdə betonqarışdıran maşın aşıb

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə iki gün əvvəl rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, betonqarışdıran avtomobil yolun kənarına aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, yük maşınına ziyan dəyib.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Chosen
21
4
anews.az

6Sources