EN

Aİ Rusiyanın $170 milyardlıq aktivlərini Ukraynaya ötürməyin yolunu tapıb

Avropa İttifaqı Rusiyaya məxsus dondurulmuş aktivlərdən istifadə edərək, həmin vəsaitlərlə təmin olunan faizsiz istiqrazlar buraxma imkanını nəzərdən keçirir. Bu barədə “Financial Times” məlumat yayıb. Bildirilir ki, bu yolla Aİ Ukraynaya “reparasiya kreditləri” təqdim etmək üçün baza yarada bilər.

Sxemlərdən birinə əsasən, Belçikanın mərkəzi depozitarı “Euroclear”də saxlanılan Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri Aİ-nin faizsiz istiqrazlarının alınmasına yönəldilə bilər. Xərclənən vəsait daha sonra Ukraynaya “reparasiya krediti” kimi köçürüləcək. Bu barədə qəzetə mövzu ilə tanış olan beş mənbə məlumat verib. Bildirilir ki, vəsait hissə-hissə ötürüləcək.

Mənbələrdən birinə görə, uzunmüddətli istiqrazların buraxılması üçün sanksiyaların kreditlərin qüvvədə olduğu müddət ərzində davam edəcəyinə dair zəmanət tələb olunacaq.

2022-ci ilin fevralında Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra Qərb ölkələri 190 milyard avro məbləğində Rusiya aktivlərini dondurub. Onların böyük hissəsi “Euroclear”də saxlanılır. Kremlin sözçüsü Dmitri Peskov Rusiya aktivlərinin istifadəsinin “cavabsız qalmayacağını” bəyan edib.

Chosen
27
banker.az

1Sources