EN

Aİ nin Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı qərarının tarixi açıqlandı

Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərini oktyabrın 23-dək Ukraynaya köçürmək barədə qərar qəbul edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, məsələnin bu həftə Kopenhagendə keçiriləcək görüşdə bəzi Aİ maliyyə nazirləri və oktyabrda isə Aİ liderləri tərəfindən qaldırılacağı gözlənilir.

Bundan əvvəl Almaniya mövqeyini dəyişdiyi və Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya transferini dəstəklədiyi bildirilirdi . Məlumata görə, bu, ABŞ-nin Ukraynaya dəstəyinin mümkün zəifləyəcəyi ilə bağlı narahatlıqlarla bağlı olub ki, bu da Kiyevə dəstək yükünü Almaniya iqtisadiyyatının üzərinə qoyacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
1
operativmm.az

2Sources