EN

Emoməli Rəhmonun azərbaycanlı dostu vəfat etdi

Tanınmış azərbaycanlı mütəxəssis və texnoloq Tacikistanda dünyasını dəyişib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Aftandil Əhmədov Tacikistan Respublikasının Xücənd şəhərində vəfat edib. Ailəsinin qərarı ilə mərhum yaşadığı şəhərdə dəfn olunub.

Aftandil Əhmədov Tacikistan və Özbəkistanda onlarla kabel zavodlarının baş mütəxəssis - texnoloqu vəzifəsində çalışıb.

Əslən Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonundan olan A. Əhmədov bir neçə dəfə Tacikistan prezidenti Emoməli Rəhmonun zavodların açılış mərasimlərində iştirak edib və dövlət başçısına müəssisələrin fəaliyyəti barədə məruzələr təqdim edib. Prezident isə onu özünün azərbaycanlı dostu adlandırıb.

Qeyd edək ki, Aftandil Əhmədov tanınmış texnoloqlardan biri olub. O, adıçəkilən ölkələrdə zavodların qurulması və istehsal güclərinin artırılmasında böyük xidmətlər göstərib. O, uğurlu fəaliyyətinə görə, bir çox orden və medallarla təltif edilib.

Chosen
11
8
musavat.com

9Sources