EN

“Taliban” Əfqanıstanda interneti kəsib

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Taliban” hakimiyyəti Əfqanıstanda internetə çıxışı mərhələli şəkildə məhdudlaşdırmağa başlayıb.

Modern.az xəbər verir ki, ilk olaraq Bəlx vilayətində optik internet tamamilə qadağan olunub.

Yerli rəsmilər bu addımı “əxlaqsızlığın qarşısını almaq” məqsədilə atdıqlarını bildiriblər.

Hazırda vilayətdə yalnız mobil internetdən istifadə mümkündür. Lakin sakinlərin sözlərinə görə, mobil internet bahalıdır və sürəti də çox zəifdir.

Əfqanıstan hakimiyyəti müəyyən hallarda təhlükəsizlik səbəblərini əsas gətirərək mobil interneti də mütəmadi olaraq dayandırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
2
modern.az

3Sources