EN

Azərbaycan avarçəkəni: "III MDB Oyunlarında məqsədim qızıl medal qazanmaqdır"

Qazaxıstanda təşkil olunan akademik avarçəkmə üzrə "Türküstan kuboku"nda üçüncü yeri tutan Azərbaycan təmsilçisi Nurlan Paşayev III MDB Oyunlarında qızıl medal qazanmağı qarşısına məqsəd qoyub.

İdman.biz xəbər verir ki, idmançı bu barədə "Report"a açıqlama verib.

O, Qazaxıstandakı turnirdə bürünc mükafat əldə etməsi ilə bağlı fikirlərini bölüşüb: "Bu yarışa güclü hazırlaşmışdım. Məşqlərimiz səhər və axşam olmaqla gündə 2 dəfə keçirilirdi. Səhər məşqimiz suda olurdu. Axşam isə zalda texniki işləyirdik. Bu turnirdə yaş kateqoriyası olmadığı üçün özümdən böyüklərlə yarışdım. Buna baxmayaraq, uğurlu nəticə göstərdim və bürünc medal qazandım".

Nurlan Paşayev karyerasındakı hədəflərindən də söz açıb: "Gələcək hədəfim Avropa, dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb Azərbaycanın bayrağını daha da yüksəklərə qaldırmaqdır. Qarşıdan gələn MDB Oyunlarına da çox güclü hazırlaşırıq. Məqsədimiz bu yarışda qızıl medal əldə etməkdir. Mütəmadi olaraq məşqlər davam edir. İnanırıq ki, orada da yaxşı nəticə göstərəcəyik".

İdman.biz

Chosen
14
idman.biz

1Sources