EN

Bakı metrosunun iş rejimi "Formula 1" günlərində uzadılır

Bakı metrosu "Formula 1" yarışının keçiriləcəyi günlərdə sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.

FED.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.  

Bildirilir ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.    

Chosen
10
32
fed.az

10Sources