EN

Sədərəkdə yarımçıq layihənin icrası üçün 9,1 milyon manatlıq tender elan edildi

Tikilməkdə olan Obyektlərin Müdiriyyəti PHŞ (VÖEN: 1300300711) açıq müsabiqə elan edib.

FED.az xəbər verir ki, müsabiqə Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin icrasına aiddir. Layihənin ehtimal olunan qiyməti 9 milyon 107 min 660 manat 99 qəpikdir.

Təkliflərin son təqdim olunma tarixi 24 sentyabr 2025-ci il saat 17:00-a kimidir. Zərflərin açılışı da həmin tarixdə, saat 17:00-da keçiriləcək.

İştirak haqqı bir min beş yüz manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ilə yanaşı, iyirmi beş manat istifadə haqqı da ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın baş tutmaması hallarından başqa, ödənilən iştirak və istifadə haqları heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Yusif Hüseynov – Planlama və Satınalmaların Təşkili şöbəsinin baş məsləhətçisi, şöbə müdirinin müavini.
Əlaqə vasitələri: [email protected], (+994 55) 225 12 31.

İddiaçılar təkliflərini 24 sentyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Moskva prospekti 69a ünvanına təqdim edə bilərlər.

Chosen
20
fed.az

1Sources