EN

Tokayev Allahşükür Paşazadə ilə görüşdü

BAKI, 17 sentyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Dünya və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüş keçirib.

Bu barədə Teleqraf Akordanın mətbuat xidmətinə istinadən xəbər verir.

Tokayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan dinlərarası dialoqun təşviqi və xalqlar arasında etimadın gücləndirilməsi məsələlərində oxşar mövqelərə malikdirlər.

Dövlət başçısı bildirib ki, bu ortaq məqsədlər iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm əsas olacaq.

Chosen
23
teleqraf.com

1Sources