EN

Naxçıvanda ilk qadın kooperativinin yaradılması ilə bağlı seminar keçirilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 17 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ilk qadın kooperativinin yaradılmasına başlanılıb. Bu, həm də muxtar respublikada ilk aqrar kooperativ olacaq. Kooperativ Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşəbbüsü və Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə yaradılır. Kooperativ aqrobiznes sahəsində fəaliyyət göstərən kiçik sahibkar qadınları bir araya gətirəcək. Qadın sahibkarlar həm istehsal, həm də satış mexanizmini birgə quraraq, kooperativ təsərrüfatın digər üstünlüklərindən də faydalanacaqlar. Layihə müxtəlif aqrar sahələri əhatə etməklə, xüsusilə ucqar kəndlərdə yaşayan fermer qadınların iqtisadi və sosial cəhətdən gücləndirilməsinə yönəlib.

İlkin mərhələdə süd məhsullarının emalı və satışı sahəsində fəaliyyət göstərəcək kooperativ qadın fermerlərin bacarıqlarının artırılması, resurslara çıxış imkanlarının genişləndirilməsi və dayanıqlı dəstək mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən “Kooperativ quruculuğu” mövzusunda hibrid formatlı seminarda bildirilib.

Tədbirdə Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri İsrafil Həsənli, həmçinin Azərbaycanda və Türkiyədə uğurlu təcrübəyə malik kooperativ rəhbərləri iştirak ediblər.

Seminar çərçivəsində kooperativlərin yaradılması, idarə olunması, marketinq və satış strategiyaları ilə bağlı təqdimatlar keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində 14 qadın kooperativi yaradılıb. Bu kooperativlər aqrar sektorun fərqli sahələrini əhatə edir və uğurlu fəaliyyətləri ilə qadınların iqtisadi rolunun gücləndirilməsində mühüm yer tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
6
azertag.az

7Sources