EN

“İsrailə sanksiyalarla bağlı yekun qərara gəlməmişik” – Rəsmi Berlin

Almaniya İsrailə qarşı sanksiyaların qoyulması təklifi ilə bağlı yekun qərara gəlməyib.

7Times.az xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Stefan Kornelius deyib.

“Bizim sanksiyalar planından xəbərimiz var. Avropa Komissiyası bir neçə gündür ki, bununla bağlı danışıqlar aparır. Sanksiyalar bu gün təqdim olunacaq. Lakin, Almaniya hökuməti bununla əlaqədar yekun qərar verməyib”, – Korelius bildirib.

Qeyd edək ki, Avropa Komissiyası bu gün Qəzzadakı hərbi əməliyyatlar səbəbindən İsrailə qarşı iqtisadi tədbirlər elan edəcək.

Chosen
22
6
7times.az

7Sources