EN

Sumqayıt Bələdiyyəsində məhəllə komitələri ilə görüş keçirilib

Sumqayıt Bələdiyyəsində məhəllə komitəsi seçkilərindən sonra yeni seçilən üzvlərlə geniş tərkibdə görüş təşkil olunub.

APA xəbər verir ki, grüşdə şəhər bələdiyyəsinin sədri və aidiyyəti şöbələrimizin nümayəndələri iştirak edib.

Tədbiri açıq elan edən bələdiyyə sədri yeni seçilmiş məhəllə komitəsi üzvlərini ürəkdən təbrik edərək onların fəaliyyətinə uğurlar arzulayıb. Qeyd olunub ki, məhəllə komitələri vətəndaşlarla dövlət qurumları arasında körpü rolunu oynayan, insanların gündəlik sosial-məişət problemlərinin operativ şəkildə həllinə kömək göstərən mühüm ictimai institutlardır. Sədr çıxışında bildirib ki, seçkilərdə sakinlərin iradəsi ilə seçilmiş komitə üzvləri böyük məsuliyyət daşıyır və bundan sonra onların əsas vəzifəsi məhəllələrdə qarşıya çıxan bütün məsələlərin vaxtında qeydə alınması, təhlili və aidiyyəti qurumlara çatdırılmasıdır. Həmçinin vurğulanıb ki, komitə üzvləri təkcə problemlərin çatdırılması ilə kifayətlənməməli, eyni zamanda maarifləndirici işlər aparmalı, sakinlərin ictimai fəallığının artırılmasına dəstək verməlidirlər.

Görüş zamanı iştirakçılara məhəllə komitələrinin iş prinsipləri, səlahiyyətləri, qərarların qəbul edilmə qaydaları və hesabatlılıq mexanizmləri ətraflı şəkildə izah edilib. Xüsusi olaraq diqqətə çatdırıldı ki, şəffaflıq, obyektivlik və ədalət prinsipləri fəaliyyətin əsas dayağı olmalıdır.

Sonda yeni seçilmiş komitə üzvləri göstərilən etimada görə təşəkkürlərini bildirərək, üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklərinə söz veriblər. Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrlə davam etdirilib.

Sumqayıt Sumqayıt Sumqayıt
Chosen
12
1
apa.az

2Sources