EN

Uşaq evi sosial xidmət müəssisələrinin 22 sakini ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəSosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmətmüəssisələrinin 22 məzunu ali və orta ixtisas təhsilimüəssisələrinə qəbul olunublar.

Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadlaxəbər verir ki, uşaq evlərinin məzunlarından 3 nəfəri ali təhsilmüəssisələrində, 19 nəfəri isə müxtəlif peşə-ixtisas təhsilimüəssisələrində təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, Agentliyin uşaq evləri və ailə tipli kiçik qrupevləri sosial xidmət müəssisələrində 500-ə yaxın uşaq dövlətqayğısı ilə əhatə olunur.

Chosen
35
5
az.trend.az

6Sources