EN

Bilik, yoxsa sadəcə illüziya? - “Bu kurslar həkim yetişdirmir”

Son illərdə müxtəlif qısa müddətli kurslar əczaçılıq və tibb sahəsində geniş maraq doğurur. Bir çox insanlar bu kursları bitirdikdən sonra dərhal işə başlaya biləcəklərini düşünürlər. Lakin burada həm etik, həm də hüquqi tərəflər ön plana çıxır. Çünki tibb və əczaçılıq sahəsi insanların həyatına birbaşa təsir edir və peşəkar hazırlıq dərəcəsi hər zaman sual altına düşür. Bəs bir neçə aylıq kurs real bilik və təcrübə qazanmaq üçün kifayətdirmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən həkim-terapevt Rasif Bağırov bildirib ki, kursların təbliğatı çox zaman düzgün aparılmır:

“Tibb kurslarını açan zaman insanlar arasında bunun təbliğatını düzgün şəkildə aparmırlar. İnsanlar həmin kursları bitirdikdən sonra elə bilirlər ki, hüquqi şəkildə işləyə bilərlər. Lakin onlara cavab verilir ki, siz bu şərtlər altında işləyə bilməzsiniz. Yəni bu kurslara yazılan hər kəs onları yalnız özləri üçün bitirirlər. Məsələn, ev şəraitində yüngül iynə və vitaminlərin vurulma qaydasını bilmək üçün. Hətta həmin şəxslərin qonşuda yaşayan insanlara belə iynə vurmasına icazə verilməməlidir. Bu kursu bitirən insanlar sadəcə hər hansı proses zamanı xəsarət alan və ya köməyə ehtiyacı olan şəxslərə ilkin tibbi yardım göstərə bilərlər. Təbii ki, burada da hər şey peşəkar qaydada olmayacaq”. Marqarita pizza

Həkim əczaçılıq sahəsində vəziyyətin daha fərqli olduğunu da qeyd edib:

“Əczaçılıqda vəziyyət tamam başqadır. Sovet dövründə apteklərə resepti verirdin, bir neçə dərmanı aptek özü hazırlamalı idi. Onların hər biri peşəkar əczaçı idilər. İndi isə dərmanların demək olar ki, hamısı apteklərdə hazır vəziyyətdə olur. Əczaçıya sadəcə adını oxumaq qalır. Bu isə ciddi bilik tələb etmir. Amma bəzi hallarda adları oxşar olan dərmanlar xəstələrə yanlış verilir. Adların çox yaxın olması əczaçıların işini çətinləşdirir. Təəssüf ki, bəzən də bu vəziyyətdən sui-istifadə edirlər. Deyirlər ki, təki bu dərman satılsın. Təbii ki, bütün bu hallar yolverilməzdir”.

Rasif Bağırov əlavə edib ki, yalnız fövqəladə hallar zamanı bu kursları bitirən şəxslərdən köməkçi kimi istifadə oluna bilər:

“Əgər tibb müəssisələrində kütləvi çatışmazlıq baş verərsə, həmin kursları bitirən şəxslərdən sadəcə köməkçi kimi istifadə edilə bilər. Amma bu, onların müstəqil şəkildə həkim və ya əczaçı kimi fəaliyyət göstərməsinə əsas vermir”.

Aydan Hacı


Telegram kanalımız
Chosen
31
yenisabah.az

1Sources