EN

İranlı general: Gələcək münaqişədə yalnız raketlərlə kifayətlənməyəcəyik

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İran hər hansı yeni münaqişədə yalnız raketlərlə kifayətlənməyəcək və lazım gəlsə, düşmənə digər silahlar və döyüş meydanlarında da cavab veriləcək".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, briqada generalı Əhməd Rza Purdəstan televiziya müsahibəsində deyib.

O həmçinin vurğulayıb ki, əgər düşmən bir addım atmaq istəsə, cavab sarsıdıcı və təəssüf doğuran olacaq.

Purdəstan əlavə edib ki, 46 illik sanksiyalara baxmayaraq, İran silahlı qüvvələri hazırlıqlıdır və Qərb ölkələrinin təzyiqlərinə dayana bilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
4
oxu.az

5Sources