EN

Paris muzeyindən 600 min avro dəyərində qızıl oğurlandı

Fransanın paytaxtı Parisdə yerləşən Milli Təbiət Tarixi Muzeyinin kolleksiyasından təxminən 600 min avro dəyərində qızıl oğurlanıb.

Kulis.az APA- ya istinadən xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb. Qızılın yoxa çıxdığını ilk olaraq işə gələn xadimə aşkarlayıb. Daha sonra muzeyin giriş qapılarında qırılma izləri aşkar edilib.

Muzeyin nümayəndəsi qeyd edib ki, oğurlanan qızıllar əhəmiyyətli olub: “Oğurlanan nümunələrin dəyəri xam qızılın qiymətinə görə təxminən 600 min avro təşkil edir, lakin onların elmi və tarixi baxımdan dəyəri ölçüyəgəlməzdir”.

O əlavə edib ki, bu oğurluq hadisəsi mədəniyyət müəssisələri, xüsusilə də muzeylər üçün kritik bir dövrdə baş verib.

“Son aylarda bir neçə ictimai kolleksiya oğruların hədəfinə çevrilib. Fransanın Milli Təbiət Tarixi Muzeyi bu hadisəni elmi araşdırmalar, irs və maarifləndirmə fəaliyyəti üçün ölçüyəgəlməz bir itki kimi qiymətləndirir”, - muzey rəsmisi bildirib.

Chosen
10
5
kulis.az

6Sources