Bakıda leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədilə bir necə istiqamətdə yeni kollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq aparılır.
Bu barədə News24.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bu işlərin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var.
Qeyd edilib ki, işlər başa çatdıqdan sonra isə güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.