EN

Paşinyan: Ermənistan İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində diplomatik fəaliyyətini başa vuran İran Mehdi Sübhani ilə görüşüb.

Teleqraf xəbər verir ki, baş nazir sıx əməkdaşlığa görə səfirə təşəkkür edib.

Paşinyan bildirib ki, son illər Ermənistan və İran arasında bütün sahələrdə əməkdaşlıq yeni səviyyəyə yüksəlib. O, bu işdə Mehdi Sübhaninin şəxsi töhfəsini vurğuladı.

Nikol Paşinyan ötən ay İran Prezidenti Məsud Pezeşkianın Ermənistana rəsmi səfərinin ikitərəfli münasibətlərin ardıcıl inkişafı və genişlənməsinə yeni təkan verdiyinin əhəmiyyətini vurğulayıb.

Mehdi Sübhani fəaliyyəti dövründə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün bütün səylərini sərf etdiyini deyib. Səfir “Dostluq” ordeni ilə təltif olunduğuna görə minnətdarlığını bildirib və Ermənistan-İran əlaqələrinin dərinləşməsi və möhkəmlənməsi üçün gələcəkdə də hər şeyi edəcəyinə söz verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
2
sherg.az

3Sources