EN

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq

ain.az, Marja.az saytına istinadən bildirir.

ABŞ-ın texnologiya nəhəngi Microsoft 2028-ci ilə qədər Böyük Britaniyada süni intellekt infrastrukturunun qurulması və mövcud əməliyyatlarının genişləndirilməsi üçün 30 milyard dollarlıq sərmayə proqramı həyata keçirəcəyini açıqlayıb.

Marja xəbər verir ki, Şirkətin İdarə Heyətinin sədr müavin Bred Smit, ABŞ Prezidenti Donald Trampın Kral III Çarlzın ev sahibliyi edəcəyi Böyük Britaniya səfəri ərəfəsində dərc etdiyi bloq yazısında bu barədə məlumat verib.

Smit bildirib ki, 2025–2028-ci illəri əhatə edən bu sərmayə paketi indiyədək Böyük Britaniyaya edilmiş ən iri maliyyə öhdəliyi hesab olunur. Onun sözlərinə görə, sərmayənin 15 milyard dollarlıq hissəsi birbaşa bulud və süni intellekt infrastrukturu üçün nəzərdə tutulmuş kapital xərclərini əhatə edir.

Bloq yazısında qeyd olunub ki, bu investisiya çərçivəsində Microsoft, Nscale şirkəti ilə birlikdə 23 mindən çox qabaqcıl qrafik prosessoru (GPU) olan ölkənin ən böyük superkompüterini quracaq.

Sərmayənin digər hissəsi isə Böyük Britaniyada Microsoft-un davam edən əməliyyatlarını dəstəkləməyə və artan süni intellekt tələbinə cavab vermək üçün məlumat mərkəzlərinin genişləndirilməsinə yönəldiləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
1
marja.az

2Sources