EN

PFL prezidentindən “Qarabağ”a təbrik

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov “Qarabağ”ı UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” klubu üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.

İdmanxeber.az xəbər verir ki, Səmədov bu uğurla bağlı “feysbuk” hesabında bunları yazıb:

“Qarabağ” klubunu növbəti tarixi nəticə münasibətilə təbrik edirəm. Bu dəfə qələbə Avropanın ali klub turnirində – Çempionlar Liqasında gəldi. Təsnifat mərhələsində də rəqiblərinə şans verməyən “Qarabağ” qitənin adlı-sanlı “Benfika” klubunu da məğlub edərək, liqa mərhələsinə də böyük zəfərlə başladı. 
Bu qələbədə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirir, onların simasında sevincimizi bölüşməkdən sonsuz məmnunluq duyduğumu vurğulamaq istəyirəm. 

Təşəkkürlər, “Qarabağ”!”

Chosen
7
5
idmanxeber.az

6Sources