EN

AFFA “Neftçi”nin Ribeyro ilə bağlı şikayətini təmin etmədi

“Neftçi”nin oyunçusu İqor Ribeyro barəsində AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Arena.az bu barədə federasiyanın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Apellyasiya Arbitraj Tribunalında baxılmış bu şikayətə dair qəbul edilmiş qərarlar belə olub:


1. “Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

    2. 29.08.2025-ci il tarixdə Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi” futbol klubunun heyətində çıxış edən 5 nömrəli oyunçu İqor Ribeyronun təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılması, “Neftçi” PFK-nın 3000 manat cərimə edilməsi (maddə 45.1) barədə AFFA İntizam Komitəsinin 03.09.2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

    3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

    error: Məzmun qorunur!
    Chosen
    24
    6
    arena.az

    10Sources