EN

Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu İqor Ribeyro ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Misli Premyer Liqasının III turunun “Turan Tovuz” oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılan futbolçu, eləcə də klubun 3000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Tərəflərə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
6
azertag.az

6Sources