EN

Köpəkbalıqlarının hücumu Şarm əl-Şeyx çimərliklərinə ÇATDI

Misirin Şarm əl-Şeyx kurortunda sahildən cəmi beş metr məsafədə köpək balığı müşahidə olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Misir mediası məlumat yayıb.

Hadisə Safir Sharm Waterfalls Resort otelinin yaxınlığında qeydə alınıb.

Turistlərin sözlərinə görə, xəsarət törədə biləcək yırtıcı qəfil sahilə yaxınlaşıb. Yırtıcı sahildən cəmi beş metr aralıda görünüb.

Fövqəladə xidmət əməkdaşları təcili şəkildə çimənləri sudan çıxarıb.

Bildirilir ki, bu ərazi köpək balığının daha əvvəl göründüyü yerlərdən təxminən 100 kilometr uzaqlıqda yerləşir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
49
interpress.az

1Sources