EN

Serbiya millisinin sabiq futbolçusu oyun zamanı dünyasını dəyişib

Serbiya millisinin sabiq müdafiəçisi Deyan Milovanoviç Serbiyanın “Çrvenu Zvezdu” klubunun veteranları ilə oyun zamanı dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə idman qurumunun mətbuat xidməti məlumat yayıb.

Mənbənin məlumatına görə, 41 yaşlı futbolçu meydanda infarkt keçirib və xəstəxanaya aparılıb. İkiqat infarkt keçirərək orada dünyasını dəyişib.

Milovanoviçin bir neçə mövsüm çıxış etdiyi Fransanın "Lans" klubu da ailəsinə və yaxınlarına başsağlığı verib. O, “Çrvenu Zvezdu”da 80 oyun keçirib, 15 qol vurub və iki dəfə Serbiya çempionu olub.

QAZİLER.AZ

Chosen
29
qaziler.az

1Sources