EN

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyada AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının ParlamentlərarasıAssambleyasının 46-cı Baş Assambleyasının (AİPA) sessiyasındaiştirak etmək məqsədilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdəolan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 17-də AİPA-nın2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib.

Tədbirin açılışında çıxış edən AİPA-nın Baş katibi SitiRozaimeriyanti Dato Haji Abdul Rahman tədbirin əhəmiyyəti barədəfikirlərini səsləndirib. O, həmçinin Milli Məclisin sədri SahibəQafarovanı salamlayaraq, Forumda iştirakına görə ona təşəkkürünübildirib.

Spiker Sahibə Qafarova çıxışında AİPA-nın qadınlarla bağlıməsələləri daim gündəmdə saxlamasını təqdir edərək, xüsusilə, dahainklüziv və gender məsələlərinə həssas yanaşan parlamentlərinqurulması ilə bağlı müzakirələrin bütün qadın deputatlar üçün böyükmaraq kəsb etdiyini bildirib.

Milli Məclisin sədri vaxtilə gender mövzularında araşdırmalaraparmış, beynəlxalq parlament təşkilatlarında gender bərabərliyi vəqadınlara qarşı zorakılıqla mübarizə ilə bağlı bir sıra vəzifələrtutmuş bir millət vəkili kimi bu məsələdə bir amilin həllediciəhəmiyyətini hər zaman vurğuladığını deyib. O, bildirib ki, uğurəldə etmək üçün qadın və kişilərin bərabər hüquqlara malik olmasıideyası cəmiyyətin əsas dəyərinə çevrilməlidir. Digər tərəfdən,etiraf edilməlidir ki, qadınların ictimai həyatın bütün sahələrindəvə qərar qəbuletmə proseslərində bərabər iştirakı olmadan güclü,firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil.

Sahibə Qafarova çıxışında bütövlükdə parlamentlərin cəmiyyətintələblərini və mövcud dinamikasını əks etdirdiyini xatırladaraq,qeyd edib ki, eyni zamanda, parlamentlər həm öz daxilində, həm dəcəmiyyətdə dəyişikliklərə istiqamət vermək üçün güclü alətlərəmalikdirlər. Bu alətlərdən ən mühümü lazımi davranış çərçivələrinimüəyyənləşdirən qanunvericilik fəaliyyətidir. Spikerin sözlərinəgörə, qadınların parlamentlərdə iştirakının artması parlamentlərintəmsilçilik və idarəetmədə gender məsələlərinə daha həssasyanaşmasını təmin edir. Bu, qadınların baxışlarının daqanunvericilik prosesində əks olunması ilə nəticələnir və onları buprosesin əsas maraqlı tərəflərindən birinə çevirir. Beləliklə,bütün bu qeyd olunanlar cəmiyyətdə bərabərliyin və demokratikdəyərlərin təşviqində parlamentlərin rolunu gücləndirir, onlarıdaha inklüziv və gələcək çağırışlara hazırlıqlı edir.

Spiker Sahibə Qafarova Qadın Siyasi Liderlər ForumundaAzərbaycan Milli Məclisinin təcrübəsi və ölkəmizdə gender siyasətiistiqamətində əldə olunmuş nailiyyətlər barədə də məlumat verib. O,bildirib ki, Azərbaycan qadınların hüquqlarının və qərarlarınqəbulunda fəal iştirakının təmin edilməsinə tam sadiqdir. Spikerxatırladıb ki, Azərbaycan 1918-ci ildə əksər Avropa ölkələrini dəqabaqlayaraq, qadınlara səsvermə hüququ vermişdir. 2024-cü ilinsentyabrında keçirilən seçkilər nəticəsində isə qadınlarparlamentdəki 125 yerdən 26-nı qazanıblar ki, bu da əvvəlki dövrləmüqayisədə say artımını nümayiş etdirir.

Bu gün qadın deputatlar parlamentin əksər komitələrində təmsilolunurlar ki, bu da parlament tərəfindən tənzimlənən bütünməsələlərin müzakirəsi zamanı onların fikirlərinin nəzərəalınmasına imkan verir. Parlamentin 15 komitəsindən 5-nin sədrmüavinləri qadındır. Ailə, qadın və uşaq məsələləri daimikomitəsinə qadın deputat rəhbərlik edir. Son 5 ildə komitətərəfindən 47 qanun layihəsinə baxılıb, gender və ailə məsələləriilə bağlı 16 ictimai dinləmə keçirilib. Parlamentimiz AzərbaycanRespublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi ilə də sıx əməkdaşlıq edir ki, bu da parlament-hökumətəməkdaşlığının səmərəliliyini təmin edir və səylərinəlaqələndirilməsini gücləndirir.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın gender məsələləriilə bağlı beynəlxalq parlament təşkilatlarında təşəbbüsləri vəfəaliyyəti haqqında da danışıb. O, deyib ki, Azərbaycan MilliMəclisi parlamentlərarası təşkilatların işində yaxından iştirakedərək, bu gündəliyi daha da zənginləşdirmək üçün təşəbbüslər irəlisürür, qadınlarla bağlı məsələlərdə beynəlxalq əməkdaşlığa güclüdəstək verir. O cümlədən, Türkdilli Dövlətlərin ParlamentAssambleyasının Qadın Parlamentarilər Qrupu Assambleyanın 2019-cuildə Bakıda keçirilmiş Doqquzuncu Plenar Sessiyasında yaradılıb.Asiya Parlament Assambleyasının hazırkı sədri kimi Milli MəclisAssambleya çərçivəsində Qadınlar üzrə Komissiyanın yaradılmasınıtəklif edib ki, bu da hazırda üzv parlamentlərin müzakirəsindədir.O cümlədən, qadın deputatlarımız bir sıra digər parlamenttəşkilatlarının, həmçinin Parlamentlərarası İttifaq çərçivəsindəQadın Parlamentarilər Forumunun və Gender Tərəfdaşlığı Qrupununişində fəal iştirak edirlər.

Çıxışının sonunda spiker Sahibə Qafarova qeyd edib ki, bugünkümüzakirələr beynəlxalq əməkdaşlığın - qadın parlamentarilərarasında birgə fəaliyyətin və ən yaxşı təcrübələrin mübadiləsininvacibliyini bir daha nümayiş etdirir. O, xatırladıb ki, bu iliniyul ayında İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqtərəfindən keçirilmiş Qadın Parlament Sədrlərinin 15-ci Sammiti dəbu yanaşmanın zəruriliyini vurğulayıb.

Chosen
35
19
az.trend.az

10Sources