EN

Niyazi Bayramov Gəncə Tibb Kollecində sakinlərlə görüşdü Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüş keçirib. 

“Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Tibb kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Sakinlərin işlə təminat, maddi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Niyazi Bayramov  qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
qafqazinfo.az

2Sources