"İnter Mayami" MLS-in müntəzəm mövsüm oyununda "Sietl"i 3:1 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, qələbə qazanan komandanın heyətində argentinalı Lionel Messi qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qarşılaşmadan sonra Messinin hesabında MLS-in cari mövsümündə 20 qol olub. O, liqa tarixində ardıcıl iki mövsümdə 20 və daha çox qol vuran beşinci futbolçuya çevrilib.
Bundan başqa, Messi karyerası ərzində milli çempionatlarda 15 mövsümdə 20-dən artıq qol vuran ikinci oyunçu olub. Bu göstəriciyə qədər yalnız Kriştiano Ronaldo çatıb.