EN

"Qrin kart" lotereyasına qeydiyyat pulu bu qədər olacaq

ABŞ Dövlət Departamenti ölkədə daimi yaşayış icazəsi - "qrin kart" ("green card") əldə etmək istəyənlərin iştirak etdiyi illik lotereyada 1 dollar məbləğində qeydiyyat rüsumu tətbiq etməyi təklif edib.

Far.Az xəbər verir ki, ABŞ Federal Reyestrində yayımlanan məlumatda bildirilir ki, bu addım iştirakçıların maliyyə yükünün bərabər paylanmasını təmin etmək məqsədini daşıyır. Yeni qayda oktyabr ayında başlayacaq proqram mövsümündən əvvəl qüvvəyə minəcək, dəqiq tarixlər isə yaxın günlərdə açıqlanacaq.

Seçilmiş namizədlər üçün nəzərdə tutulan 330 dollar rüsum isə dəyişməyəcək.

"Qrin-kart" lotereyası 1990-cı ildən ABŞ-da tətbiq olunur və hər il təxminən 50 min şəxs təsadüfi seçimin nəticəsində ölkədə daimi yaşamaq hüququ qazanır. Əvvəlki illərdə lotereyada iştirak tamamilə pulsuz həyata keçirilirdi.

Chosen
31
1
far.az

2Sources