EN

Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, 2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40 490 nəfər olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında qeyd edilib.

Belə ki, onlardan 39 485 nəfəri kişi, 1005 nəfəri isə qadındır.

Qeydiyyatda olanların 20 182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11 697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.

Chosen
14
19
bakivaxti.az

10Sources