Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi yeni tibb müəssisəsi fəaliyyətə başlayacaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Tədbirlər Planına əsasən, icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.
Səhiyyə Nazirliyə əsas icracı, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi isə digər icraçı qurumlar kimi təyin edilib.