EN

"Qadın 2 uşaqla boşanırsa, günah özündədir"

Aktyor Sərxan Kərəmoğlu qalmaqallı açıqlamları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, qonaq olduğu verilişdə qadınları hədəf alaraq, ünvanlarına sərt fikirlər səsləndirib:

"Ailə dağılırsa, burada günahkar qadındır. Qadın istəsə əri vəzir olar. Ər pis vərdişlərə qurşanıbsa heç nə. Bir uşağı dünyaya gətirənə qədər 6, sonra 9 ay vaxt keçir. İki uşaqla boşanıb, əri təksirli bilən qadınlar düşmənimdir. O zaman uşaq dünyaya gətirmə: həkimə getmədim, işıqlar yanmır deyə ikinci, üçüncü, uşaq olur. 20 il əvvəl olsaydı, susardım. Amma iki uşaqla boşanırsa, günah ondadır. Hamiləlik dövründə boşanırsa, gəlin tərəfindəyəm. Qadın şiddət görürsə, anında qaçmalıdır. Yaxşı adamamsa 6 ayda bəlli edəcəyəm. İllərlə oturub, pis adam olmağımı içimdə saxlaya bilmərəm. Dörd uşaq dünyaya gətirib və xəyanət üzərində ailəni dağıda bilər. Qoy xoruzumuz gedib başqa çəpərdə banlasın da. Yenə yumurtlayanın yanına gələcək".

Musa
Milli.Az

Chosen
58
1
milli.az

2Sources