EN

Euronews: Sülh Azərbaycan üçün yeni turizm qapısı açır

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Euronews" telekanalının saytında yayımlanmış məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi nəticəsində region dünyanın ən yeni, sistemli əlaqələrə malik turizm mərkəzlərindən birinə çevrilməyə qədəm qoyur. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid telekanala müsahibəsində belə bir fürsətin ölkəmiz üçün böyük imkanlar yaradacağını vurğulayıb. Direktorun sözlərinə görə, uzun illərdə, Cənubi Qafqazı əhatələmiş münaqişə şəraiti həm turizm, həm də iqtisadiyyat sahəsində əlaqələrin inkişaf tapmasına, innovasiyaların yayılmasına maneə törədib. "Sərhədlərin açılması çoxtərəfli ölkə turlarına şərait yaradacaq. Bu, xüsusilə birdən çox ölkəni eyni səfər çərçivəsində gəzmək istəyən turistlər üçün maraq doğuracaq", – o deyib.

(Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid) Telekanal məlumat verir ki, müasir infrastruktura və beynəlxalq bazarlarda güclü əlaqələrə malik Azərbaycan yeni ziyarətçi axını üçün əlverişli mövqe tutur. Ölkə son 10 ildə bir sıra hava limanına, hotelə və müxtəlif turizm obyektinə ciddi sərmayə qoyub. "Sülh investorların inamını artırır, qlobal brendlərdə bazarımıza qarşı maraq oyadır. Azərbaycan gözlənilən turist axınına effektiv cavab verməyə hazırdır. Yeni turist axını əvvəla tur operatorlarına, hava yollarına, hotellərə və investorlara fayda gətirəcək", – Florian Zenqstşmid deyib.

Asharq Al-Awsat: "Azərbaycan Avrasiyada yeni logistika mərkəzidir"

Direktor vurğulayıb ki, regionun yeni turizm potensialının üzə çıxmasında təkmilləşdirilmiş nəqliyyat əlaqələri böyük rol oynayacaq. Yeni nəqliyyat istiqamətləri sülh şəraitində turizmin inkişafına təkan verəcək: "Yeni yolların açılması nəticəsində səyahət müddəti də azalacaq. Eyni zamanda, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkənin mərkəz rolunu gücləndirir. Belə bir potensial Azərbaycanda həm ictimai-mədəni, həm tibbi, həm də işgüzar turizmin inkişafına töhfə verəcək. Bu imkanlar ölkəmizin qlobal istiqamət səviyyəsində rəqabət qabiliyyətini də artıracaq". Florian Zenqstşmidin sözlərinə görə, sülh Cənubi Qafqaz haqqında beynəlxalq təsəvvürləri dəyişir, regionu insanların nəzərində sabit və qonaqpərvər məkana çevirir: "Belə bir vəziyyət regiona ilk dəfə gəlmək istəyənləri daha da həvəsləndirir, həmçinin tur operatorlarında regionu daha fəal tanıtmağa inam yaradır". Paraflanmış sülh sazişində ən vacib məsələ Ermənistanın cənubundan keçməsi planlaşdırılan 43 kilometrlik tranzit dəhlizidir. Bu dəhliz Azərbaycanı həm Naxçıvanla, həm də Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirəcək. Yeni reallıq Azərbaycanın turizm sənayesi üçün təkcə yeni imkanlar yaratmır, eyni zamanda, ölkənin imicini təhlükəsiz, sistemli və açıq mərkəz kimi yenidən formalaşdırır. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
azvision.az

2Sources