EN

DSMF Yardımlı rayonunda ictimai dinləmə keçirib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) regionlarda ictimai dinləmələr keçirir.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yardımlı rayonunda təşkil edilən ictimai dinləmədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Fondun nümayəndələri pensiya və sosial müavinətlər, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunan Prezident təqaüdü ilə bağlı təqdimatlarla çıxış ediblər. Həmin ödəniş növlərinin mahiyyəti, onların bir-birindən fərqi də ətraflı şəkildə iştirakçılara izah olunub.

Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
1
azertag.az

2Sources