EN

Azərbaycan və BƏƏ biznes əməkdaşlığını gücləndirir

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Birgə Biznes Şurası yaradılıb.Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. Bildirilib ki, bununla bağlı KOBİA və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir.Yeni əməkdaşlıq platforması çərçivəsində iş adamları üçün qarşılıqlı investisiya imkanlarının öyrənilməsi, birgə layihələrin icrası və ixracın genişləndirilməsi üzrə müxtəlif tədbirlər həyata keçiriləcək.

Biznes Şuraya hər iki ölkədən həmsədrlər rəhbərlik edəcək və burada iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlər təmsil olunacaq.

Chosen
36
11
metbuat.az

10Sources