EN

Qalmaqal yaşadıqları Nigarı konsertlərinə dəvət etdilər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Avroviziya qalibimiz Nigar Camala barışıq əli uzadıb.

Musavat.com xəbər verir  ki, onlar “Rəngarəng”də qonaq olarkən N. Camalı Heydər Əliyev Sarayında baş tutması planlaşdırılan konsertlərinə dəvət ediblər.

A. Qasımov barışıq çağırışı edərək bunları söyləyib: “Barışdıq, sülh! Nigar xanımla bizim düşmənliyimiz yoxdur. Gəlsin, konsertə baxsın, şərəf duyaram”.

Qeyd edək ki, Nigarla F. Qasımova arasındakı qalmaqal “DreamFest”dən sonra yaranmışdı. Belə ki, F. Qasımova Nigarın festivalda geyindiyi libasla bağlı açıqlamasına tənqidi şərh yazmış, onlar arasında gərginlik yaranmışdı.

Könül
Musavat.com 

Chosen
10
2
musavat.com

3Sources