EN

Qusar sakinindən 28 kq marixuana aşkarlandı

Bu haqda Ajans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi, ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, A.Kərimxanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
16
22
Ajans.az

10Sources