EN

Suriya prezidenti Türkiyə kəşfiyyatının rəhbərini QƏBUL ETDİ

Suriya prezidenti Dəməşqdə Türkiyə kəşfiyyatının rəhbərini qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Step Agency” məlumat yayıb.

Suriya prezidenti əl- Şaraa Dəməşqdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla görüşüb.

Step Agency-nin məlumatına görə, tərəflər ikitərəfli və regional təhlükəsizlik məsələlərini, eləcə də son hadisələri müzakirə ediblər.

Xüsusi diqqət “Suriya Demokratik Qüvvələri”nin (SDF) Suriya ordusuna inteqrasiyası məsələsinə yönəlib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
24
interpress.az

1Sources