EN

Nepalda yeni baş nazir sosial mediada seçildi

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Nepalda iki gün davam edən genişmiqyaslı etirazlardan sonra hökumət devrilib və ölkədə yeni siyasi prosesə start verilib. Korrupsiya və qohumbazlığa qarşı küçələrə çıxan etirazçılar dövlət binalarını yandırıblar. Polis müdaxiləsi nəticəsində azı 72 nəfər həlak olub.

Milli.Az xəbər verir ki, baş nazir KP Şarma Oli istefa verib, prezident Ramçandra Paudel parlamenti buraxaraq mart ayında seçkilər təyin edib. Lakin o vaxta qədər ölkəni kimin idarə edəcəyi sual altına düşüb.

Etirazlara rəhbərlik edən "Hami Nepal" adlı gənclər hərəkatı lider seçimini "Discord" platformasında təşkil olunan müzakirələrlə həyata keçirib. "Gənclər Korrupsiyaya Qarşı" kanalında minlərlə insan iştirak edib, debatlar "YouTube"da canlı yayımlanıb. Beş namizəd arasından keçirilən səsvermədə 73 yaşlı Sushila Karki qalib gəlib və müvəqqəti baş nazir kimi and içib.

Karki əvvəllər məhkəmə sistemində islahatlara və korrupsiyaya qarşı mübarizəyə görə tanınıb. Gənclərin bu təşəbbüsü siyasi dairələrdə şəffaflıq nümunəsi kimi dəyərləndirilir.

Asya

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
news.milli.az

2Sources