EN

Ermənistanda gözlənilməz gəlişmə Paşinyanla bağlı qərar şok etdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistanın daxili siyasətində maraqlı və bir qədər də gözlənilməz gəlişmə olub. Keçmiş prezident Robert Köçəryanın liderlik etdiyi “Hayastan” bloku, Baş nazir Nikol Paşinyanın impiçmenti təşəbbüsünə qarşı çıxıb. Bu qərar siyasi dairələrdə ciddi rezonans doğurub. Xüsusilə ona görə ki, “Hayastan” bloku indiyə qədər Paşinyanın ən sərt tənqidçilərindən biri kimi çıxış edib və onu ölkənin suverenliyinə təhlükə yaradan siyasət aparmaqda ittiham edib.

Köçəryan və onun blokunun mövqeyini dəyişməsinin səbəbi nədir? Niyə Paşinyanın impiçmentinə dəstək vermək istəmirlər və bu qərar Ermənistan müxalifətinin gələcək addımlarına necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Ermənistan müxalifətinin atdığı bu addımın bir neçə mümkün səbəbi ola bilər:

“İlk olaraq, bu, taktiki gediş kimi qiymətləndirilə bilər. Ermənistanın hazırkı vəziyyəti müxalifət dairələrində bəzən rəsmi İrəvanın “məğlubiyyətə uğradığı” kimi təqdim olunur. Bu mənzərə fonunda onlar vəziyyəti daha da gərginləşdirməyə, prosesləri qızışdırmağa çalışırlar. Məqsəd, mövcud hökuməti bu yolla daha da sıxışdırmaq və ictimai narazılığı artırmaqdır.

Samir Hümbətov

Digər ehtimal – bu təşəbbüs xarici təsirlərin, xüsusən də bəzi dairələrin dəstəyinin nəticəsi ola bilər. Müxalifət daxilində vəziyyəti düzgün analiz edən qruplar Paşinyanın onsuz da zəifləyən mövqelərini daha da sarsıtmaq niyyətindədirlər. Bununla, hakimiyyətə daha asan və sürətli şəkildə gəlmək üçün zəmin formalaşdırmaq istəyirlər.

Eyni zamanda, bu proseslərdə xaricdəki erməni lobbisinin təsiri də istisna edilmir. Belə müdaxilələr vasitəsilə Ermənistandakı daxili sabitliyin pozulması və siyasi mühitin dəyişdirilməsi planlaşdırıla bilər.

Ümumilikdə, müxalifət bu vəziyyəti ölkə üçün daha “məqbul” və “əldə edilə biləcək fürsət” kimi qiymətləndirə bilər. Lakin bütün bu gedişlərin fonunda müxalifət daxilində parçalanmaların yaranması ehtimalı da real görünür. Proseslərin yaxın günlərdə hansı istiqamətə yönələcəyi isə siyasi səhnədəki dinamikanın sürətindən asılı olacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
globalinfo.az

1Sources