EN

On bir illik dil kursları

ain.az, Ayna saytına istinadən bildirir.

Get, oxuma, təkcə “привет, до свидания” öyrən, yetər

Amerikalılar ingilis dilini heç kimə sırımırlar. Başqa ölkələrdən ingiliscə məktəblər açmağı tələb etmirlər, ingilis dilinin ikinci dövlət dili elan edilməsi üçün təzyiq göstərmirlər.

Nə edirlər əvəzində?

Səssizcə elmlə məşğul olur, texnologiyaları inkişaf etdirir, qalaktikamızın sərhədlərini aşaraq Kainatın sirlərini çözürlər. Gözəl filmlər çəkir, ingilis dilində tiraj rekordları qıran elmi, bədii kitablar yazırlar.

Nə baş verir nəticədə?

Bütün dünya bu dili öyrənməyə çalışır. Həm də üstünə top-tüfəng yeridilmədən. Ehtiyacdan öyrənirlər bu dili.

Biz nə edirik?

Uşağım rusca danışsın deyə onu 11 il məktəbə göndəririk. Get, oxuma, təkcə “привет, до свидания” öyrən, yetər. Nə də olsa, 150 balla

universitetə girəcəksən...

Dünya elmin, texnologiyanın, gələcəyin dilini öyrədir övladlarına, amma Ana dilində 7 il oxuyandan sonra. Çünki yaxşı gələcək qurmaq üçün xəyal qurmalıdır uşaq.

Uşaqlar isə xəyallarını Ana dilində qururlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
ayna.az

1Sources