EN

Trampın olduğu təyyarə təhlükə yaşadı

ABŞ Prezidenti Donald Trampın təyyarəsi ilə “Spirit Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nyu-York səmasında toqquşma təhlükəsi yaşayıb.

KONKRET.az bu barədə “Mirror”a istinadla xəbər verir.

Bildirilir ki, sərnişin təyyarəsi Böyük Britaniyaya yollanmaqda olan ABŞ prezidentinin bortuna həddindən artıq yaxınlaşıb.

“Boeing 747” (Trampın təyyarəsi – red.) Nyu-York üzərindən uçarkən oxşar marşrutla hərəkət edən “Spirit Airlines” aviaşirkətinin təyyarəsi aşkar edilib. Hava hərəkətini idarə edən dispetçerlər dərhal sərnişin təyyarəsinin pilotlarına təcili olaraq kursunu dəyişməyi məsləhət görüblər”, – deyə nəşrdə qeyd olunur.

Chosen
32
26
konkret.az

10Sources