EN

İspaniya millisi DÇ-2026-nın final mərhələsindən imtina edə bilər - SƏBƏB

İsrail millisi DÇ-2026-nın final mərhələsinə  vəsiqə qazanacağı təqdirdə, İspaniya yığması mundialdan imtina edə bilər. 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, bu barədə İspaniya Konqresindəki Sosialist Qrupunun nümayəndəsi Patxi Lopez məlumat verib.

İspaniya hökumətinin mövqeyi İsrailin beynəlxalq idman yarışlarında iştirakı ilə bağlı davam edən müzakirələr fonunda ortaya çıxıb. Konqresdə keçirdiyi mətbuat konfransında Lopez idman təşkilatlarını İsraili yarışlardan kənarlaşdırmağa çağırıb: “Biz bu variantı (dünya çempionatından imtina etmək) sonra nəzərdən keçirəcəyik”. 

Beynəlxalq Futbol Federasiyasının (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nizamnamələri dövlətin milli federasiyaların işlərinə müdaxiləsini qadağan edir. İspaniya hazırda dünya çempionatının seçmə mərhələsində E qrupunda iki oyundan altı xalla birinci yerdədir. Beş oyundan doqquz xal toplayan İsrail I qrupunda üçüncüdür.

İspaniyanın növbəti oyunu Gürcüstana qarşı olacaq. İsrail millisi isə Norveçlə üz-üzə gələcək. Hər iki qarşılaşma oktyabrın 11-də baş tutacaq.

Hər qrupdan ən yaxşı komanda dünya çempionatına yüksələcək. İkinci yeri tutan komandalar isə pley-off görüşünə vəsiqə qazanacaq.

 

saytlarin hazirlanmasi

Chosen
23
1
sportal.az

2Sources