EN

Avropada bu il istilərin təsiri ilə ölənlərin sayı 16 min nəfəri keçib

BAKI,TurkicWorld, Nailə Babazadə

Avropada aparılan tədqiqatda müəyyən edilib ki, iqlim dəyişiklikləri bu yay şəhərlərdə isti hava şəraitini gücləndirib və istiliklə əlaqədar ölüm sayı 16 min 500 nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, İngiltərənin Imperial College London və London School of Hygiene & Tropical Medicine mütəxəssislərinin iqlim modelləşdirmə üsulu ilə apardıqları tədqiqatda iyun-avqust ayları arasında Avropanın 854 şəhərində ölüm hallarına baxılıb.

Tədqiqatda vurğulanıb ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən isti dalğaları daha şiddətli və tez-tez baş verir. İstilik Avropanın araşdırılan şəhərlərində orta hesabla 2,2 dərəcə artıb, bəzi yerlərdə isə bu artım 3,6 dərəcəyə çatıb.

Yay mövsümündə istiliklə əlaqədar ölüm sayı təxminən 24 min 400 nəfər müəyyən olunub. İqlim dəyişiklikləri səbəbindən istiliyin şiddətlənməsi isə ölümlərin sayını təxminən 16 min 500 nəfər artırıb.

Tədqiqatda bildirilir ki, iqlim dəyişiklikləri bu yay istiliklə əlaqədar ölüm hallarının 68 faizinə səbəb olub və istiliyə bağlı ölümlərin sayı normaldan üç dəfədən çox artıb. Eyni zamanda, istiliklə bağlı çoxlu ölüm hallarının rəsmi qeydiyyatda olmaması səbəbindən əsl rəqəmlərin daha yüksək ola biləcəyi qeyd olunur.

Ən çox ölüm İtaliyanın paytaxtı Roma şəhərində – 4 min 597 nəfər – qeydə alınıb. İspaniyada 2 min 841, Almaniyada min 477, Fransada min 444, Böyük Britaniyada isə min 147 nəfər isti hava şəraiti səbəbindən dünyasını dəyişib.

Şəhər səviyyəsində isə ən çox ölüm Roma (835 nəfər), onu Atina (630 nəfər), Paris (409 nəfər) və Madrid (387 nəfər) izləyir.

Tədqiqatda bildirilir ki, yüksək temperatur, xüsusilə Avropanın yaşlı əhalisi üçün ciddi təhlükə yaradır. İstiliyə bağlı ölənlərin təxminən 85%-i 65 yaşdan yuxarı şəxslərdir.

Avropanın ən sürətli isinən qitə olduğu və gələcəkdə daha isti yazlar yaşayacağı vurğulanıb. Bu isə yaşlıların sağlamlığını təhlükəyə atacaq və səhiyyə sistemləri üzərində əlavə yük yaradacaq.

Avropa İttifaqının Copernicus İqlim Dəyişikliyi Xidmətinin peyk müşahidə məlumatlarına əsasən, Avropa bu yay tarixdəki ən isti dördüncü yaz mövsümünü yaşayıb.

Chosen
27
turkic.world

1Sources