EN

Doğuş üçün ən yaxşı və ən pis günləraçıqlandı


London Kral Kollecinin mütəxəssisləri tərəfindən aparılan araşdırma, doğuş üçün "ən yaxşı" və "ən pis" günlərin olduğunu sübut edib.


“Medicina” həkimlər yeni doğulmuş körpələrin ölümünün doğum günündən asılı olduğuna inanırlar.


Alimlər 1.300.000-dən çox körpənin doğulması ilə bağlı məlumatları təhlil ediblər. Nəhayət, belə qənaətə gəliblər ki, “həftə sonu effekti” adlanan hadisə doğuşa təsir edə bilər, həftə sonları və bazar ertəsi doğumu digər günlərə nisbətən daha çətin və təhlükəliola bilər.

"Körpələrin infeksiyaya yoluxma və ya ölmə riski artır”.


Tədqiqatçıların fikrincə, “həftə sonu effekti” tibb müəssisələrinin xüsusi iş şəraiti və insan psixologiyası ilə bağlıdır.

"Həftə sonları adətən xəstəxanalarda işçilər az olur və işçilər iş günlərinə nisbətən daha rahat olurlar. Hətta xəstəxana növbəsi onların məhsuldarlığını həftə ortası səviyyəsinə qaytara bilməz".

Bazar ertəsi günlərinə gəlincə, iş həftəsinin bu ilk günündə xəstəxanalar təcili rejimdə işləyir və hər bir xəstəyə kifayət qədər vaxt və diqqət ayırmaq mümkün olmur.

Məlumatların təhlilinə görə, çərşənbə axşamı doğum üçün ən əlverişli gündür. Bundan başqa, mütəxəssislər qeyd ediblər ki, doğum evinin əməkdaşları həftə sonu doğulanlara nisbətən çərşənbə və cümə axşamı doğulan körpələrə daha diqqətli yanaşırlar.

Əldə edilən məlumatlar göstərir ki, həftə sonları klinikalara daxil olan xəstələr iş həftəsində görülənlərə nisbətən daha çox ölürlər.


Aygün Musayeva



Chosen
10
1
medicina.az

2Sources